“Barselona”nın futbolçusu ÇL-in tarixinə düşdü
- 11 Dek 2019 13:24
- 756
“Barselona” Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “İnter”i məğlub edib.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, 2:1 hesabıyla bitən görüşdə Kataloniya təmsilçisinin futbolçusu Ansu Fati turnirin tarixinə keçib.
Belə ki, qarşılaşmanın 86-cı dəqiqəsində fərqlənən 17 yaş 40 günlük Fati, Çempionlar Liqası tarixində qol vuran ən gənc futbolçu ünvanını qazanıb.
Əvvəlki rekord “Rusenborq”un futbolçusu Peter Ofori-Qeyeyə aid idi. O, ÇL-də fərqlənərkən 17 yaş 195 günlük idi.