
“Barselona”nın futbolçusu mövsümün rekorduna imza atdı
- 14:00
- 43
İspaniyanın "Barselona" klubunun futbolçusu Pedri La Liqada mövsümün rekorduna imza atıb.
Rekord.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi buna "Malyorka"ya qalib gəldikləri XXXIII turun matçında nail olub.
İspaniyalı oyunçu qarşılaşma zamanı 18 dəfə topu komandasına qazandırıb. Bu isə yerli çempionatda cari mövsümdə ən yüksək göstəricidir.
Pedri cari mövsüm bütün tunirlərdə 51 matçda iştirak edib, 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.