“Barselona”nın futbolçusunun atası bıçaqlanıb
- 15 Avq 2024 18:00
- 137
"Barselona"nın və İspaniya millisinin futbolçusu Lamin Yamalın atası Munir Nazraui Kataloniyada bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.
Rekord.az xəbər verir ki, bu barədə “La Vanguardia” qəzeti region polisinə istinadən xəbər verib.
Hadisə İspaniyanın Mataro şəhərində, Frenk Marşal küçəsində baş verib. Naməlum şəxslər Nazrauiyə bir neçə bıçaq zərbəsi vurublar.
Yamalın atasının vəziyyəti sabit ağır qiymətləndirilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, kişiyə hücum onun iştirakı ilə bir az əvvəl baş verən başqa bir qarşıdurmanın nəticəsi ola bilər.
Yerli polisin istintaq idarəsi işi nəzarətə götürüb və hücumda şübhəli bilinən bir neçə nəfəri həbs edib. Cinayətin şahidləri də tapılıb.