"Barselona"nın Messisi, bizim də Oblakımız var"
- 12 Mar 2020 15:48
- 467
"4-5-1 sxeminə keçmək bizə əks-hücumlar üçün epizodlar yaratmağa imkan verməli idi və belə də oldu. Topu rəqibimizə verərək oynamağı seçdik. Onlar nə qədər irəli gəlsə də, biz də onları dayandırdıq. Buna görə çox xoşbəxtəm. Bu tarixi stadionda rəqibimizin möhtəşəm oyununa qarşı gəlmək böyük sevincə səbəb olur".
Rekord.az xəbər verir ki, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalında "Liverpul"a 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri cavab oyunundan sonra deyib.
"Biz yenidən Avropada səkkiz ən yaxşı komandası arasındayıq. Çox gözəl bir gecə oldu. Llorentenin fərqlənməsinin ən böyük səbəbi "Liverpul"un ikinci qolu vurması oldu. Bu qələbə qazanmağımız üçün bəsit səbəb kimi görünə bilər, ancaq belə deyil" - deyə o bildirib.
Simeone rəqibin yaxşı oyun nümayiş etdirdiyini vurğulayıb: "Azarkeşlər də onlara dəstək olurdular. Ancaq biz "Liverpul"u keçə bildik. Futbolda oyunu rəqib üçün çətinləşdirmək lazımdır. Saviç, Lodi, Felipe, Feliks, Kosta və digər futbolçular bütün gücləri ilə çalışdılar. Biz hətta onların ikinci qolundan sonra təslim olmadıq və özümüz fərqləndikdə xüsusi bir şey hiss etdik".
Argentinalı mütəxəssis 11 seyv edən komandanın qapıçısı Yan Oblakın oyununu isə xüsusi fərqləndirib: "Onun dünyanın ən yaxşı qapıçısı olmasına heç bir şübhəm yoxdur. O, bizim üçün vacib oyunçudur. "Barselona"nın Messisi, bizim də Oblakımız var. Onun çıxışı nəticəyə təsir edir. Oblak buna görə də layiq olduğu yerdədir".