İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Bakıya gəlib.


Rekord.az xəbər verir ki, klub prezidenti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə ölkəmizə səfər edib.


Laportanı hava limanında idman ictimaiyyəti və media mənsubları qarşılayıblar.


O dəvətə görə Azərbaycana təşəkkür edib: “Bakıya sammitə görə gəlmişəm. Ölkənizdə olmaqdan məmnunam. Azərbaycana təşəkkür edirəm".