"Barselona"nın prezidenti qadın ola bilər
- 10 Okt 2019 15:43
- 797
"Barselona" tarixində ilk dəfə qadın prezident seçilə bilər.
Rekord.az xəbər verir ki, Kataloniya klubunda seçkilər 2021-ci ildə keçiriləcək. Hazırkı prezident Yosep Maria Bartomeunun səlahiyyət müddəti həmin vaxt başa çatacaq. Bartomeu artıq yenidən namizəd olmayacağını açıqlayıb.
İndidən iki sonrakı seçkilərdə namizəd olacaq şəxslərin adları açıqlanır. "FanSided"in məlumatın görə, namizədlər arasında bir qadın da var. Bu 2015-ci ildən klubun üzvü olan Maria Teyşidordur.
45 yaşlı vəkil klubda fəaliyyətə Barselona FK Fondunun İdarə Heyətinin sədr müavini kimi fəaliyyətə başlayıb. Daha sonra klubun qadın futboluna nəzarət edib və şəffaflıq departamentində fəaliyyət göstərib. Bir müddət əvvəl klubn İdarə Heyətinin katibi seçilib.
Maria Teyşidor ən böyük uğurlarını qadın futbolunda qazanıb. Onun dövründə Lieke Martens və Karoline Hansen kimi dünya ulduzları komandanın heyətində yer alıb. Maria Teyşidorun rəhbərliyi altında "Barselona"nın qadın futbol komandası (Barca Femeni) Çempionlar Liqasında da uğurlu çıxış edib. Komanda onun başçılıq etdiyi bütün mövsümlərdə La Liqanın qalibi olub.
Maria Teyşidor seçkilərə qatılaraq qalib gəlsə, "Barselona" tarixinin ilk qadın prezidenti olacaq.
Ondan başqa iş adamı Viktor Fontun, futbolçu Cerard Pikenin, keçmiş prezident Xuan Laporta, Aqusti Benedito, vitse-prezident Jordi Kardonerun da namizəd ola biləcəyi deyilir.