Baş məşqçi onu da "Barselona"ya gətirmək istəyir
- 10 Fev 2020 14:43
- 711
“Napoli”nin yarımmüdafiəçisi Fabian Ruis karyerasını İspaniyada davam etdirə bilər.
Rekord.az xəbər verir ki, 23 yaşlı futbolçu “Barselona”nın maraq dairəsindədir.
Katalonların baş məşqçisi Kike Setyenin “Betis”də rəhbərliyi altında oynamış futbolçunu komandasında görmək istədiyi bildirilir. Kataloniya klubunun əsas hədəfinin Ruis olduğu və futbolçunu yayda heyətinə qatmaq üçün hərəkətə keçəcəyi deyilir.
İspan futbolçu 2018-ci ilin yayında “Betis”dən “Napoli”yə transfer olunmuşdu. Onun İtaliya klubu ilə müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub. Futbolçunun adı keçən yay transfer dövründə “Real”la hallanırdı.