Baş məşqçinin istefasını oyun zamanı açıqladılar
- 28 Dek 2019 17:40
- 670
Belçikanın “Ostende” klubu baş məşqçisi Kare İnqebriqtsenlə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Yupiler Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Karenin ayrılığı yerli çempionatın 21-ci turunun “Şarlerua” ilə oyununda, hesab 0:3 olan zaman açıqlanıb. Qarşılaşma “Şarlerua”nın 5:0 hesablı qələbəsiylə başa çatıb.
54 yaşlı mütəxəssis Kiprin APOEL klubu ilə əvvəlcədən razılaşıb və “Ostende” rəhbərliyindən onun gedişi üçün imkan yaratmalarını istəmişdi. “Ostende” klubu Karenin istefasını açıqladıqdan 20 dəqiqə sonra APOEL də yeni baş məşqçisinin təyinatını açıqlayıb.
APOEL bir müddət əvvəl baş məşqçisi Tomas Dolla yollarını ayırmışdı.