Azərbaycan Basketbol Liqasında bu gün müntəzəm mövsümün sonuncu - 18-ci turuna start veriləcək.

Rekord.az xəbər verir ki, günün yeganə matçında "Sabah" və "Xəzri" komandaları üz-üzə gələcəklər.

“Sərhədçi” İdman Mərkəzindəki qarşılaşma saat 19:00-da start götürəcək. "Sabah" hazırda 31 xalla liderdir. 30 xala malik "Xəzri" üçüncüdür.

Turun digər qarşılaşmaları aprelin 25-28-də gerçəkləşəcək.