3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan yığması və “Neftçi” klubu Serbiyanın Novi Sad şəhərində təlim-məşq toplanışı keçir.

Rekord.az xəbər verir ki, serbiyalı mütəxəssislərin rəhbərliyi altında qadın komandalar iyunun 10-dək davam edəcək təlim-məşq toplanışı keçəcək.

Toplanışın əsas məqsədi oyunları Şuşa şəhərində (12-13 iyun) keçiriləcək 3x3 Dünya Seriyasının mərhələsinə hazırlıqdır.