"Bavariya" Alkantara ilə müqaviləni uzadır
- 09 Apr 2020 10:23
- 632
"Bavariya"nın futbolçusu Tiaqo Alkantara Münhen klubundakı çıxışını davam etdirəcək.
Rekord.az "Kicker"ə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə yeni müqavilə ilə bağlı razılıq əldə olunub. Onun 2023-cü ilin yayına qədər olan sözləşməyə qol çəkəcəyi bildirilib.
Qeyd edək ki, 2013-cü ildən "Bavariya"da çıxış edən 28 yaşlı futbolçu bu müddətdə 227 oyuna 31 qo vurub, 38 qol ötürməsi edib.