Almaniya çempionu “Bavariya” daha bir ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Münhen klubunun mərkəz müdafiəçisi Jerom Boatenq 2 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Buna 30 yaşlı futbolçunun Bundesliqa çərçivəsində Frankfurt “Ayntraxt”ı ilə səfər oyununda sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulması səbəb olub. 

Almaniya Futbol İttifaqının bu qərarından sonra Boatenq “Bavariya”nın Dortmund “Borussiya”sı (9 noyabr) və “Fortuna” (23 noyabr) ilə oyunlarını buraxmaq məcburiyyətində qalacaq.