Almaniya çempionu “Bavariya”nın futbolçuları maaşlarının 20 faizindən imtina etməyə qərar veriblər.

Rekord.az "Sky Sports"a istinadən xəbər verir ki, onlar Bundesliqanın koronavirus səbəbindən dayandırılması ilə əlaqədar klub işçilərinə dəstək olmaq üçün bu addımı atıblar.

Qeyd edək ki, Münhen klubunun oyunçularından Yozsua Kimmix və Leon Qoretska “Biz koronanı vuracağıq” şüarı altında aksiyaya başlayaraq 1 milyon avroluq yardım etmişdilər. Hücumçu Robert Levandovski də bu aksiyaya qoşularaq, həyat yoldaşı ilə birgə 1 milyon avroluq yardım ayırmışdı.

Almaniyanın digər nəhəng klubu “Borussiya”da (Dortmund) da futbolçular maaşlarının 20 faizindən imtina ediblər.