Almaniyanın “Bavariya” klubu məşqlərə başlayır.

Rekord.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb. Xəbərdə, Münhen təmsilçisinin sabah açıq havada məşq edəcəyi bildirilib.

Məşq zamanı koronavirus pandemiyasına görə futbolçular arasındakı sosial məsafə qorunacaq. Qruplara bölünəcək oyunçular bir yerə toplaşmadan məşqlərini edəcək.

Koronavirus pandemiyasına görə Almaniya Bundesliqasında mövsüm təxirə salınıb və aprelin 30-dan tez başlamayacaq.

Bir neçə gün əvvəl “Şalke” klubu da məşqlərini bərpa etmişdi.