Bavariya” Tomas Müllərlə müqavilə yeniləməyə yaxındır.

Rekord.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Münhen təmsilçisi 30 yaşlı forvardla 2023-cü ilə qədər sözləşmə imzalayacaq. Təcrübəli futbolçunun müqaviləsi 2021-ci ildə sona çatırdı. Müller cari mövsüm Bundesliqada 32 maçda 9 qol vurub və 17 assist edib.