Almaniya Bundesliqasının 15-ci turunun “Verder”lə oyunu “Bavariya” klubunun müdafiəçisi Jerom Boatenq üçün əlamətdar olub.

Rekord.az xəbər verir ki, 31 yaşlı futbolçu Münhen təmsilçisinin heyətində 300-cü oyununu keçirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Almaniya millisinin də formasını geyinən Jerom bu oyunda 6:1 hesablı qələbəyə sevinib.

Boatenq 2011-ci ildən “Bavariya”da forma geyinir. Mərkəz müdafiəçisi bu komandanın heyətində 2013-cü ildə UEFA Çempionlar Liqasının qalibi olub.