“Bavariya”da ciddi itki – Əməliyyat olundu
- 21 Okt 2019 14:22
- 768
Almaniya çempionu “Bavariya” ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçusu Niklas Süle zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Bavariya”nın Bundesliqanın 8-ci turunda “Ausburq”la qarşılaşdığı oyunun (2:2) 12-ci dəqiqəsində zədələnərk meydanı tərk edən Süle artıq əməliyyat olunub.
Almaniya mətbuatının xəbərinə görə, 24 yaşlı alman müdafiəçi ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
Süle bu mövsüm Bundesliqada 8 qarşılaşmada iştirak edib.