Almaniya çempionu “Bavariya” xorvatiyalı hücumçusu İvan Perişiçin xidmətindən məhrum olub.

Rekord.az xəbər verir ki, o, Münhen təmsilçisinin son məşqlərindən birində ayaq biləyindən ağır zədə alıb.

Onu öz komanda yoldaşı Alvaro Odriosola zədələyib. Bu barədə klubun yaydığı məlumatda bildirilir.

Xorvatiyalı forvard aldığı zədə səbəbindən azı bir ay yaşıl meydanlardan kənarda qalacaq. Komandanın baş məşqçisi Hans Flik də Perişiçin azı 4 həftə məşqlərdə iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, “Bavariya” Perişiçi mövsümün əvvəlində Milan “İnter”indən icarəyə götürüb.