Almaniyanın “Bavariya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, Münhen klubu “Şalke”nin qapıçısı Aleksandr Nübeli transfer edib. 

“Şalke” ilə müqaviləsi iyunda bitəcək qolkiper, iyulun 1-dən “Bavariya”ya qoşulacaq. Almaniyalı futbolçu ilə 5 illik razılıq əldə edilib.

2015-ci ildən “Şalke”də çıxış edən Nübel, cari mövsümdə 17 oyunda iştirak edib.