Almaniya çempionu “Bavariya” qapıçısı Kristian Fryuxtla yeni müqavilə bağlayıb.

Rekord.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.

Gənc qolkiperlə yeni müqavilənin müddəti 2022-ci ilin yayına qədərdi. Əvvəlki müqavilənin müddəti 2020-ci ilin iyun ayında bitəcəkdi.

Fryuxtl “Bavariya”nın öz yetirməsidi. 20 yaşlı qolkiper Münhen təmsilçisinin ikinci komandasında çıxış edir və hələlik, əsas komandanın heyətində rəsmi oyun keçirməyib.