“Bavariya”nın futbolçusu 6 həftəlik sıradan çıxdı
- 24 Dek 2019 22:14
- 729
Almaniyanın “Bavariya” klubu aparıcı futbolçularından biri Xavi Martinesin xidmətindən məhrum olub.
Rekord.az xəbər verir ki, o, Bundesliqanın 17-ci turu çərçivəsində keçirilmiş “Volfsburq”la oyunda (2:0) sıradan çıxıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyalı dayaq yarımmüdafiəçisinin ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Bu isə o deməkdi ki, Martines komandasının qış fasiləsi dönəmində Dohada təşkil olunacaq hazırlıq prosesində iştirak edə bilməyəcək.