“Bavariya”nın futbolçusu əməliyyat olundu
- 25 Okt 2019 10:30
- 663
Almaniya çempionu “Bavariya”nın müdafiəçisi Lukas Hernandesin aqibətinə aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, Münhen təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Olimpiakos”u məğlub etdiyi oyunda (3:2) zədələnən futbolçu əməliyyat olunub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı müdafiəçinin əməliyyatının uğurlu alındığı diqqətə çatdırılıb.
Hernandesin tam sağalma müddəti açıqlanmasa da, müdafiəçinin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.
Xatırladaq ki, bir neçə gün əvvəl “Bavariya”nın daha bir müdafiəçisi Niklas Süle də zədə səbəbindən əməliyyat olunmuşdu. Onun isə 6 ay yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.