"Bayer" heyətini gənc futbolçu ilə gücləndirib. 


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Almaniya təmsilçisi Argentinanın "Veles" klubundan Alexo Sarkonu transfer edib. 18 yaşlı hücumçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. 


Sarko Argentina millisinin heyətində 1 oyun keçirib.