Almaniyanın “Bayer” klubu futbolçuların məvaciblərini azaldır.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, əsas komandanın üzvləri klubla keçirilən görüşdə məvaciblərinin azaldılmasına razılıq veriblər. Futbolçular, koronavirus pandemiyası səbəbiylə kluba dəyən maddi zərəri azaltmaq üçün bu addımı atıb. Komandanın kapitanı Lars Bender məsələylə bağlı bunları deyib:

“Son iki həftə ərzində bunu müzakirə etdik və nəhayət yekdilliklə razılaşdıq. Futbolçular koronavirus böhranını aradan qaldırmaq üçün göstərdiyi səydə kluba dəstək olmaq üçün məvaciblərinin bir hissəsindən imtina etməyə hazırdı”.