Almaniyanın "Bayern" klubu "Hoffenhaym"ın 19 yaşlı futbolçusu Tom Bişovla müqavilə bağlayıb.


Rekord.az münhenlilərin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi yeni komandası ilə 2029-cu ilə qədər sözləşmə imzalasa da, cari mövsümün sonuna qədər "Hoffenhaym"da forma geyinməyə davam edəcək.


Bişov Almaniyanın istedadlı futbolçularından hesab olunur. O, ölkənin aşağı yaş qruplarından ibarət millilərində çıxış edib.