“Bayern” hücumçusunu satdı
- 04 İyl 2024 15:40
- 170
Almaniyanın “Bayern” klubu hücumçusu Yusuf Kabadayını "Auqusburq"a satıb.
Rekord.az Münhen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı almaniyalı futbolçu ilə müqavilə müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Kabadayı "Bayern"in yetirməsidir. Ötən mövsüm "Şalke"də icarə əsasında çıxış edən forvard II Bundesliqada 23 matçda 4 qol vurub.