Almaniyanın "Bayern" klubu Bundesliqadakı rekordunu təkrarlayıb.

Rekord.az xəbər verir ki, komanda bunu 8-ci turda "Bohum"la oyunda gerçəkləşdirib.

Paytaxt klubu mövsümün ilk səkkiz matçında 29 qol vurmaqla turnirdəki rekordunu təkrarlayıb. Münhen təmsilçisi daha əvvəl 1976/1977 və 2021/2022 mövsümündə də eyni sayda qol vurmuşdu.

“Bayern” səfərdə "Bohum"u 5:0 hesabı ilə məğlub edib. Komanda 8 turdan sonra 20 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.