“Bayern”də ciddi itki
- 29 İyl 2024 17:20
- 160
"Bayern"in yeni oyunçusu Hiroki İto zədələnib.
Rekord.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, "Düren"lə yoldaşlıq oyununda (1:1) sıradan çıxıb.
25 yaşlı müdafiəçinin ayağı sınıb. Bu barədə klubun idman direktoru Maks Berel öz açıqlamasında bildirib. O, futbolçunun uzun müddət oynamayacağını söyləyib.
İto bu yay 30 milyon avroya "Ştutqart"dan "Bayern"ə keçib. Ötən mövsüm o, 29 oyuna çıxıb və 2 qolun ötürməsini verib.