
“Bayern”dən Musiala ilə yeni müqavilə
- 14 Fev 2025 18:45
- 115
“Bayern” futbolçusu Camal Musiala ilə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2030-cu ilin yayına qədərdir.
Almaniya millisinin də üzvü olan Musiala bu mövsüm Münhen klubunda bütün tunirlər çərçivəsində 30 matç keçirib, 15 qol vurub, 8 məhsuldar ötürmə verib.