“Bayern”in futbolçusu millidə zədələndi
- 19 Noy 2024 19:00
- 85
"Bayern"in futbolçusu Joao Palinya bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.
Rekord.az xəbər verir ki, yarımmüdafiəçi Portuqaliya millisinin məşqində zədələnib.
29 yaşlı oyunçunun əzələsində problem aşkarlanıb. Palinya bu səbəbdən bir neçə həftə xəstəxanada qalmalı olacaq.
Palinya yayda İngiltərənin "Fulhem" klubundan "Bayern”ə keçib. O, Münhen klubunda 13 oyuna çıxıb.