“Bayern”in müdafiəçisi Alfonso Deyvis çarpaz bağın zədəsini bərpa etmək üçün uğurlu əməliyyat olunub.


Rekord.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.


Kanadalı oyunçu zədə səbəbindən mövsümün qalan hissəsində oynamayacaq. O, Kanada millisində olarkən zədələnib.


24 yaşlı Deyvis bu mövsüm “Bayern”in heyətində 31 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına kimi nəzərdə tutulub.