“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Maksim Medvedeov vaxtı ilə millidə qruplaşma olmsına dair fikirlərinə münasibət bildirib. 

Rekord.az-a açıqlamasında dağıstanlı futbolçu belə bir halın olmadığını deyib. 

O, həmçinin Medvedev tərəfindən adının çəkilməsinə də münasibət bildirib: “Maksimin fikirləri haqda məlumatım var. Mənim adımı da çəkib? (gülür). Yox, mən buna qruplaşma deməzdim, millidə qruplaşma olmayıb. Sadəcə, klubda bir yerdə oynayan futbolçular nahar vaxtı bir stol ətrafında oturub yemək yeyiblər. Bunu da normal bir şeydi”.