Bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyi keçirilib
- 11 Dek 2024 17:28
- 62
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 29-cu Bakı çempionatı və birinciliyinə yekun vurulub.
Rekord.az xəbər verir ki, 3 gün davam edən yarışda 6 idman klubundan 95 gimnast müxtəlif yaş kateqoriyaları üzrə mübarizə aparıblar.
Alətsiz, top, halqa və gürzlər proqramlarında rəngarəng çıxışlarla yadda qalan idmançılar öz məharətlərini nümayiş etdiriblər.