Azərbaycanın bədii gimnastları Latviyanın Kekava şəhərində keçirilən “Fairy Dust” beynəlxalq turnirində bürünc medal qazanıblar.

Rekord.az xəbər verir ki, Ləman Əhmədli böyüklər arasında, Fidan Aladinova isə gənclər arasında 3-cü yeri tutub.

Gimnastlar topla hərəkətlərin icrasında fəxri kürsüyə qalxıblar.