“Bəhanələrə sığınmaq istəməzdim” - Renduliç
- 04 Avq 2024 21:08
- 144
“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
"Şamaxı"nı bir xala görə təbrik edirəm. Demək olar ki, bu oyunun taleyini birinci hissədə həll etməliydik. Amma ilk yarıda qol buraxdıq. Fasilədən sonra yenə səhvimiz oldu, rəqib də bundan yararlandı. “Şamaxı”nın çərçivəyə iki zərbəsi oldu, onlar da qolla nəticələndi. Bir şeyi nəzərə almaq lazımdır ki, “Makkabi” ilə ağır oyun keçirmişdik. Həmin oyun 3 saat çəkdi. Futbolçular fiziki və mental cəhətdən çox yorulmuşdular. Dünyada da belədir, bu tip matçlardan sonra rəqibin kimliyindən asılı olmayaraq, xal itkisi mümkündür. Bəhanələrə sığınmaq istəməzdim. Bu gün üç qırmızı vərəqəyə və zədələrə görə, oyunu buraxan futbolçularımız var idi. Oynamayan oyunçular meydana çıxdı. Mən onların performansından da razı qaldım. İlk onbirlikdə birdən-birə 6-7 oyunçu dəyişmək çətindir. Çünki bu qədər oyunçu dəyişikliyi edəndə, oyunundakı kimya da itir. Amma başqa variantlarımız da yox idi”.