
Bəhlul "Qəbələ"yə dönə bilər
- 11 Apr 2025 15:00
- 498
Mövsümün sonunda "Qarabağ"dan ayrılacaq yerli futbolçuların sırasında Bəhlul Mustafazadənin də adı çəkilir.
Rekord.az-a daxil olan məlumata görə, bu ayrılıq baş verərsə, 28 yaşlı müdafiəçi sabiq klubu "Qəbələ"yə qayıda bilər.
Belə ki, 1 illik fasilədən sonra yenidən Premyer Liqaya qayıdan "Qəbələ" yerli futbolçu seçimi edərkən daha çox öz akademiyasından çıxmış futbolçulara üstünlük verəcək ki, Bəhlul da bu siyahıda ilk sıralarda yer alıb.