İngiltərə millisinin sabiq üzvü Devid Bekhem prezidenti olduğu "İnter Mayami"in ilk baş məşqçisi məlum olub.

Rekord.az-ın klubun rəsmi Tvitter səhifəsinə istinadən verdiyi məlumata görə, yeni yaranan komandanı Dieqo Alonso çalışdıracaq.

Klubun idman direktoru Paul Makdonoq  44 yaşlı mütəxəssis haqqında bunları deyib: "Bizə uyğun və azarkeşlərimiz üçün qələbələr qazana biləcək bir komanda qurmaq üçün güclü  istəyi olan bir şəxs tapdıq".

Qeyd edək ki, D.Alonsonun son klubu "Monterrey" olub. O, Meksiska təmsilçisindən ötən ilin sentyabr ayında ayrılıb.