Belarusda hazırlığı başa vuran yığmamız Bakıya qayıdıb
- 16 İyl 2022 17:36
- 496
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Belarusda təşkil olunan təlim-məşq toplanışı başa çatıb. "Rekord.az" xəbər verir ki, iyulun 9-dan Minskdə hazırlıq keçən Pərviz Səmədovun rəhbərlik etdiyi komanda bu gün Bakıya qayıdıb.
Millimiz səfər çərçivəsində yerli yığma ilə də üç yoxlama matçı keçirib. Belarus millisi ilə keçirilən hər üç görüşdə rəqib qələbə qazanıb.
Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlaşan yığmamız təlim-məşq toplanışının son mərhələsini Bakıda davam etdirəcək.
Komandamız ilk rəsmi matçını avqustun 3-də Bakıda AVRO-2023-ün təsnifat mərhələsində Danimarka komandasına qarşı keçirəcək.