Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda baş tutan Belçika - Rumıniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi Kevin De Bruyne qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

O, görüşdə bir qolla yadda qalıb. Belçika yığması isə bu oyunda 2:0 hesablı qələbəyə sevinib.