Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində 2-ci tur başa çatıb.

Rekord.az xəbər verir ki, E qrupunda Belçika yığması Rumıniya ilə üz-üzə gəlib.

Qarşllaşma birincilərin inamlı qələbəsi ilə bitib. Belçika millisinin heyətində Yuri Tilemans və Kevin De Bruyne fərqləniblər.

Ötən gün baş tutmuş görüşdə Ukrayna Slovakiyanı 2:1 hesabı ilə üstələmişdi. E qrupunda dörd komandanın hər birinin 3 xalı var.

AÇ-2024
E qrupu

22 iyun

Belçika – Rumıniya 2:0
Qollar: Yuri Tilemans, 2. Kevin De Bröyne, 80.
Baş hakim: Şimon Marçinyak (Polşa).
Köln. “Reyn Energi” stadionu.