
Bellingemin cəzasının müddəti bəlli oldu
- 19 Fev 2025 20:20
- 86
"Real"ın futbolçusu Cud Bellingem La Liqada iki oyunluq cəza alıb.
Rekord.az xəbər verir ki, buna 21 yaşlı yarımmüdafiəçinin 24-cü turda "Osasuna" ilə matçda nalayiq ifadə işlətməsi səbəb olub.
İngiltərəli oyunçu fevralın 15-də keçirilən matçın 39-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə meydandan qovulub. Qarşılaşmadan sonra isə futbolçu nalayiq sözlərdən istifadə etdiyini, lakin bunun hakimə ünvanlanmadığını bildirib.
Xatırladaq ki, bu görüş 1:1 hesabı ilə başa çatıb.