Benzema Puşkaşı geridə qoydu
- 11 Noy 2019 12:21
- 784
Madrid “Real”ının İspaniya La Liqasının 13-cü turu çərçivəsində “Eybar” 4:0 hesabı ilə məğlub etdiyi qarşılaşma bu komandanın hücumçusu Kərim Benzema üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, fransalı hücumçu bu oyunda dubla imza atmaqla La Liqada vurduğu qolların sayını 157-yə çatdırıb. Bununla da o, “Real”ın İspaniya çempionatında ən çox qol vuran futbolçularının siyahısında 6-cı pilləyə yüksəlib.
Benzema bu dubl sayəsində macarıstanlı əfsanəvi futbolçu Ferents Puşkaşı geridə qoyub. Hansı ki, bu futbolçunun hesabında 156 qol var idi.
2009-cu ildən “Real”da forma geyinən Benzema bu komandanın heyətində müxtəlif turnirlər çərçivəsində 233 qola imza atıb. Bu göstəricidə isə o, Madrid təmsilçisinin 4-cü ən qolçu oyunçusudu.
Benzema “Real”ın heyətində keçirdiyi 480 oyunda 233 qolla yanaşı, 129 məhsuldar ötürmə müəllifi də olub.
“Real” tarixinin ən çox qol vuran futbolçuları:
1. Kristiano Ronaldo - 450 qol
2. Raul Qonzales - 325 qol
3. Alfredo Di Stefano - 266 qol
4. Kərim Benzema 233 qol