
Benzia “Qarabağ”dan çox pul istəyir
- 15 Apr 2025 13:00
- 117
“Qarabağ” Yassin Benziaya yeni müqavilə təklif etsə də, hələlik müsbət cavab almayıb.
Rekord.az xəbər verir ki, digər təklifləri də olan futbolçu mövsümün sonunu gözləyir.
Əldə etdiyimiz məlumata görə, əlcəzairli yarımmüdafdiəçi yeni müqavilədə maaşının nəzərəçarpacaq dərəcədə artırılmasını istəyir. Hətta bu məbləğin illik 800-850 min avro civarında olduğu deyilir.