"Qarabağ" Yassin Benziya ilə yeni müqavilə haqda danışıqları davam etdirir.

Rekord.az xəbər verir ki, "Neftçi" ilə oyundan sonra Qurban Qurbanov  da bunu açıqladı.

Əldə etdiyimiz məlumata görə, əlcəzairli futbolçu ilk vaxtlar Ağdam klubundan yüksək məbləğdə maaş istəsə də, sonradan qiymət məsələsində güzəştdə gedib. Məhz bu mənada tərəflər danışıqlara davam edib. Lakin Benziya ilk istədiyi məbləğdə israr etsəydi, çətin ki razılaşma baş tutardı.