Futbol üzrə Əlcəzair millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Botsvananın qonağı olub.


Rekord.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Yassin Benzyanın da çıxış etdiyi Əlcəzair yığması matçdan 3:1 hesablı qələbə ilə ayrılıb.


Start heyətində meydana çıxan Benzya 83-cü dəqiqədə əvəzlənib.


5 turdan sonra Əlcəzair komandası G qrupunda 12 xalla ilk pillədə qərarlaşıb.