Əlcəzair millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Mozambiklə üz-üzə gəlib.


Rekord.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Yassin Benzyanın da üzvü olduğu Əlcəzair millisi "Zirə"nin forvardı Rikardo Martins Gimaraynşın çıxış etdiyi Mozambiki 5:1 hesabı ilə darmadağın edib.


Benzya bu matçda meydana çıxmayıb. O, ehtiyatda qalıb. Rikardo isə ilk dəqiqələrdən sonadək oynayıb. 


Hazırda G qrupunda Əlcəzair 15 xalla liderdir. Mozambik isə 12 xalla 2-cidir.