Berbatov: "Ədalətli olaq, onlar bunu haqq ediblər”
- 07 Apr 2020 14:18
- 694
“Mançester Yunayted”in sabiq futbolçusu Dimitar Berbatov İngiltərə Premyer Liqasının aqibəti ilə bağlı aparılan müzakirələrə qoşulub.
Rekord.az xəbər verir ki, Berbatov titulun “Liverpul”a verilməli olduğunu deyib. O, Yurgen Kloppun komandasının bunu haqq etdiyini bildirib:
“Görürəm ki, insanların əksəriyyəti titulun “Liverpul”a verilməsini tələb edir. Ədalətli olaq, onlar bunu haqq ediblər. “Liverpul”un necə oynadığını xatırlasaq, aydın olar ki, onlara heç kim çata bilməz.
Belə oyun sayəsində onlar rəqiblərindən xeyli aralana biliblər. Ona görə də çempionluq “Liverpul”un tam haqqıdır. Əgər çempionatın nəticələri sıfırlansa, onda bu, “Liverpul”a qarşı böyük ədalətsizlik olacaq”.