
Berdıyev: “Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmirik”
- 28 Mar 2025 22:18
- 108
“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 28-ci turunun açılış matçında “Qarabağ”ı qəbul edib.
Rekord.az xəbər ki, 1:4 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib.
Türkmənistanlı çalışdırıcı oyun nizam-intizamının bu matçda daha aşağı olduğunu bildirib:
“Fikirləşirəm ki, üçüncü qola kimi bərabərliyə ümid bəsləyə bilərdik. Həmçinin, “Qarabağ”ın əvəzetmələri də oyunu dəyişdi. Uşaqlara bildirdim ki, oyun nizam-intizamı bugünkü matçda daha aşağı idi. Həvəs var idi, amma həddindən artıq idi. Təəssüflər olsun ki, növbəti oyun iki oyunçumuz olmayacaq. Buna görə başqa futbolçuları oynatmalı olacağıq.
Ümumilikdə, bir ağrı var və bu mənə də təsir edir. Təəssüflər olsun ki, azarkeşlərimizi sevindirə bilmirik. Həm səfər, həm də ev oyunlarında bizi dəstəkləyirlər. Amma biz son oyunlarda onları sevindirə bilmirik.
Məsələ taktika ilə bağlı deyil. Hər oyunda fərqli taktika ola bilər. Problem düzülüşlə bağlı idi, biz bu oyunda bunu yaxşı edə bilmədik”.