Bertran Krasson: “Nəticəyə görə təəssüflənirik”
- 13 Dek 2019 00:28
- 905
Lüksemburqun "Düdelanj" klubunun baş məşqçisi Bertran Krasson Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda "Qarabağ"la qarşılaşdıqları oyundan (1:1) sonra mətbuat konfransına qatılıb.
Rekord.az xəbər verir ki, o, matçla bağlı jurnalistlərin suallarını cavablandırıb:
- Oyunla bağlı düşüncələriniz nədir?
- Nəticədən çox təəssüflənirəm. Oyunumuzdan razı qaldım. Açıq-aşkar üstün idik. Səfərdə oynayan zaman hər zaman bir pillə geridə olursuz. Bunlara baxmayaraq, oyundan razı qaldım.
- Öz meydanınızda məğlub olub, səfərdə heç-heçə etməyinizdən sonra nədə məyus olduz?
- Belə güclü komandaya qarşı bu cür oynayıb, sonda da nəticəni əldən verdiyimiz üçün məyusuq. Rəqib də azlıqda idi. İrəlidə olduqdan sonra hesabın 1:1 olması məyus etdi.
- Oyun zamanı komanda ilə necə əlaqə saxlayırdız?
- Telefon vasitəsilə, əvvəlcədən də bunu müzakirə etmişdik. Hər futbolçu öz üzərinə düşəni etdi. Futbolçularımın böyük potensialları var və daha da irəli gedirlər.
- Sayılmayan qolunuz haqda nə düşünürsüz?
- Təəssüf ki, sayılmadı. Belə hallara hər oyunda rast gəlmək olur.
- Bu oyunun önəmi olmasa da, nəticədən və oyundan razı qaldığınızı dediz...
- Oyunun əhəmiyyəti yox idi, ancaq futbolun qaydası budur. Hər oyun yeni bir macəradır və futbolçularımın inkişaf etdiyini gördüm.
- Əvvəlki çıxışlarınızda demişdiz ki, bu oyun bəzi futbolçuların özünü göstərməsi üçün şansdır. Bu haqda nə deyə bilərsiz?
- Çox çətindir cavab vermək. Bu oyunda bir çox futbolçular özünü göstərdilər. Kiminsə adını çəkmək çətindir. Kollektiv halda yaxşı çıxış etdik və bu, kollektivin uğurudur.
- Lüksemburqda ilk görüşdə xoşagəlməz hadisələr yaşanmışdı. "Qarabağ"ın qonaqpərvərliyindən razı qaldızmı?
- Burdakı hər şeydən çox məmnun oldum. Yenidən buraya gələ bilərəm. (komanda.az)