“Beşiktaş” Portuqaliyaya baş məşqçisiz getdi
- 06 Noy 2019 18:32
- 699
Türkiyənin “Beşiktaş” klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacağı “Braqa” ilə səfər oyunu üçün Portuqaliyaya yollanıb.
Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi səfərə baş məşqçisiz yollanıb.
Belə ki, “qara qartallar”ın çalışdırıcısı Abdullah Avcı səhhətində problem yarandığı üçün İstanbulda qalıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb:
“Baş məşqçimiz Abdullah Avcı ağır qrip səbəbi ilə müalicəsini axsatmamaq üçün komandamızın “Braqa” ilə səfər oyununa yollanan heyətində yer almayıb. Məşqçimiz müalicənin nəticəsindən asılı olaraq, həkimlərin icasə verəcəyi təqdirdə saah Portuqaliyaya gedəcək”.
Qeyd edək ki, sabah keçiriləcək “Braqa” - “Beşiktaş” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. K qrupunda yer alan “qara qartallar” əvvəlki hər üç oyunundan məğlubiyyətlə ayrılıb və qrup sonuncusudu.